26 May - 11:47
İbrahim Rəisi Moskvaya yolllandı: “Nə rusları, nə də bizi qane edir“

İbrahim Rəisi Moskvaya yolllandı: “Nə rusları, nə də bizi qane edir“

Dünya

19 Yan 2022 10:10


İran prezidenti İbrahim Rəisi Rusiyaya yollanıb.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, yola düşməzdən əvvəl o, Rusiyaya səfərinin məqsədlərini açıqlayıb.

"Bu səfər cənab Putinin dəvəti ilə həyata keçirilir və səfər zamanı regional diplomatiyanın inkişafı üçün səylər göstəriləcək. Şübhəsiz, bütün qonşularımızla müxtəlif sahələrdə siyasi, iqtisadi və ticarət əlaqələr mövcuddur. Amma Rusiya ilə münasibətlərimizdə yeni dönüş nöqtəsi yarana bilər”, - deyə Rəisi qeyd edib.

Prezident əlavə edib: "İran və Rusiya regionda müstəqil, qüdrətli və nüfuzlu ölkədir. Bu, iki dövlət dialoqla regional təhlükəsizliyin arxitekturasına çox təsir edir. Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqında əsas rol oynayır. Bu ölkə ilə ortaq maraqlarımız var".

İbrahim Rəisi vurğulayıb: “Bu səfər zamanı ikitərəfli əlaqələr, siyasi-iqtisadi, eləcə də energetika və kosmos sahəsində əməkdaşlıq müzakirə olunacaq. Hazırkı məqamda əməkdaşlığın səviyəsi nə rusları, nə də bizi qane edir".


Youtube kanalımız


Digər xəbərlər