İbrahim Tatlısəs illərin dostunu ifşa etdi: “Səni mən var etmişəm”

saytların hazırlanması

Evə çatdırılma

İbrahim Tatlısəs illərin dostunu ifşa etdi: “Səni mən var etmişəm”

Şou

15 İyul 2025 11:39 535


Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs bu dəfə illərin dostu ilə yaşadığı qalmaqalla gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, "İmparator" ləqəbli sənətçi 40 illik dostu Həsən Bor ilə münasibətlərinin pozulduğunu bildirib və onun tərəfindən təhdid edildiyini açıqlayıb. Tatlısəs bu barədə şəxsi “Instagram” hesabında paylaşım edərək, sərt reaksiyasını ortaya qoyub.

Sənətçi paylaşımında bunları deyib: Pepperoni pizza

“40 il çörək verdiyim, hər şeyini təmin etdiyim, mal-mülk sahibi etdiyim insan məni təhdid edir. ‘Həbsxanadan adamlar çıxardıb, səni yox etdirəcəyəm’ deyir. Sən kimsən axı? Səni mən var etmişəm!”

O, paylaşımına davam edərək bildirib ki, həmin şəxsə çox yaxşılıq etdiyini, lakin sonda xəyanətlə üzləşdiyini görüb:

“Sənə ev verdim, maşın verdim, kredit kartları verdim, nə istədinsə etdim. Amma sən nə etdin? Məni kürəyimdən vurdun. Səssiz qaldım deyə məni qorxaq bildin? Yanılırsan!”

Qeyd edək ki, Tatlısəsin bu emosional paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!