İbrahim Tatlıses Nisə Qasımovaya evlənmə təklif edibmiş...

saytların hazırlanması

Evə çatdırılma

İbrahim Tatlıses Nisə Qasımovaya evlənmə təklif edibmiş...

Şou

10 Fevral 2025 15:07 213


“Sovetlər zamanında Nisə Türkiyəyə getmişdi. İbrahim Tatlısəslə görüşmüşdülər. Nisə bacımı da dəvət etmişdilər, onunla bir səhnəni bölüşməyə. İbrahim Nisə bacımın ayaqlarının altında oturub ona təriflər söylədi. Ona Türkiyədə qalmağı məsləhət gördü. Amma bacım ona “baxarıq…” cavabını verdi”.

Yenisabah.az yazır ki, bu sözləri Xalq artisti Nisə Qasımovanın bacısı Kövsər xanım “Afaqla 10lar” verilişinə müsahibəsində deyib.

Sənətkarın bacısı bildirib ki, N.Qasımova Türkiyədə olan zamanı türk sənət musiqisinin “imperator”u İbrahim Tatlısəs ona evlilik təklifi edib: Sezar pizza

“Bacım Nisə sonra mənə və anamıza gəlib dedi ki, İbrahim söyləyib ki, səni alıram, gəl biz evlənək və sən Türkiyədə qal. Bacım isə cavabında ona demişdi ki, mən nə Türkiyədə qalanam, nə də ki sənə ərə gedən. Mən Nisə Qasımova heç zaman Vətənimi satmaram. Mən Azərbaycan qızıyam. Heç zaman bunu edə bilmərəm”./OLAY


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!