İbrahim Tatlısəs özündən 42 yaş kiçik sevgilisindən danışdı  + Video
08 İyl 2020 12:13
1137

İbrahim Tatlısəs özündən 42 yaş kiçik sevgilisindən danışdı + Video

Ozündən 42 yaş kiçik olan Gülçin Karakaya ilə eşq yaşadığı deyilən İbrahim Tatlısəs şəxsi həyatı ilə bağlı iddialara cavab vermək üçün "YouTube" kanalı açıb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi G.Karakaya ilə sevgili olmadığını deyib və "O mənim sol qolumdur" - deyə açıqlama verib. Günlərdir mediada 26 yaşlı xanımla eşq yaşadığı haqda söz-söhbətlər gəzən Tatlısəs şayiələrə son vermək qərarına gəldiyini bildirib: "Gülçin xanım mənim köməkçimdir. "Twitter"imi, "İnstagram"ımı idarə edir. Gülçin xanıma bu neçə gündə demədikləri söz qalmadı. Onun da ailəsi var, belə şeylər söyləmək heç xoş deyil. Yenə deyirəm, Gülçin mənim köməkçimdir. Sağ qolum işləyir, sol qolumsa işləmir, Gülçin mənim sol qolumdur". 

Həmin görüntüləri təqdim edirik:

nbsp;

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər