İcbari tibbi sığorta ilə bağlı yeni xidmətlər yaxın zamanlarda təsdiq ediləcək

saytların hazırlanması

Evə çatdırılma

İcbari tibbi sığorta ilə bağlı yeni xidmətlər yaxın zamanlarda təsdiq ediləcək

Sosial

24 İyun 2023 13:23 803


İcbari tibbi sığorta ilə bağlı yeni xidmətlər zərfi Nazirlər Kabinetində təsdiqə göndərilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib.

Onun sözlərinə görə, yeni xidmətlər zərfi yaxın zamanlarda təsdiq olunacaq: pizza

“Orada ürək xəstəliklərinə aid əməliyyatlar yeni xidmətlər zərfinə daxil edilib. Eyni zamanda, uşaq ürək cərrahiyə əməliyyatları da yeni xidmətlər zərfinə daxildir. Bundan əlavə, yeni xidmətlər zərfinə bir sıra müayinələr də daxil edilib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!