İcra başçısı 42 nəfəri dinlədi: Kömək etdi, göstəriş verdi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı 42 nəfəri dinlədi: Kömək etdi, göstəriş verdi - FOTOLAR

Sosial

21 Avqust 2024 14:22 275


Avqustun 21-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib. 

Yenisabah.az xəbər evrir ki, icra hakimiyyətinin inzibati binasında baş tutan qəbul zamanı rayon rəhbəri ümumilikdə 42 nəfər vətəndaşı qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Əziz Əzizov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.

Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva minnətdarlıqlarını bildiriblər. pizza hut

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!