İcra başçısı 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüşdü

Sosial

09 Sentyabr 2021 17:22 1939


Abşeronda ali məktəblər üçün keçirilən imtahanlarda  600-dən yuxarı bal toplayan 78 abituriyentlə görüş keçirilib. 

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, Rayon Təhsil Şöbəsinin müdir əvəzi Pərviz Əhmədov və müəllimlər iştirak edib. 

Azərbaycan himni ilə başlayan tədbirdə vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əıziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Dominos pizza

İ.Gülməmmədova imtahanlarda uğur qazanmış şagirdləri təbrik edərək Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı qələbədən danışıb. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düzgün qərarları sayəsində və ordumuzun, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqları sayəsində torpaqlarımızın iğaldan azad edildiyini, düşmənə sarsıldıcı zərbənin vurulduğunu deyən başçı qeyd edib ki, bundan sonra şagirdlərimizin qalib ölkənin  gəncləri kimi böyüyəcək, təhsil alacaq, öz müstəqil həyatlarını quracaqlar. 

İcra başçısı qeyd edib ki, 2020-2021-ci tədris ilində XI sinifi bitirən 2707 məzundan 2222 nəfər ali məktəbə qəbul olunmaq üçün sənəd verib, onlardan  1597 nəfər (71%) tələbə adını qazanıb. Rayon üzrə 78 nəfər 600-dən yüksək bal toplayıb. 

Sonra millət vəkili Şahin Seyidzadə, Rayon Təhsil Şöbəsinin müdir əvəzi Pərviz Əhmədov və məktəb drektorları çıxış edərək uğur qazanan abituriyentləri təbrik edərək gələcəkdə uğurlar arzulayıblar. Bundan sonra yüksək bal toplayan abituryentlər çıxış edərək gələcək planlarından danışıblar. 

Sonda uğur qazanan şagirdlərə qiymətli hədiyyələr verilib, xatirə şəkilləri çəkilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!