İcra başçısı antiterror şəhidinin məzarını ziyarət etdi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı antiterror şəhidinin məzarını ziyarət etdi - FOTOLAR

Sosial

22 Sentyabr 2024 11:18 334


Antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan Rüstəmli Bəhruz Malik oğlunun Beləqanda ildönümü mərasimi keçirilib. 

Yenisabah.az xəbər verir ki, Qəhrəmanlı qəsəbəsində keçirilən mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, İcra Hakimiyyətinin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəhbərliyi, idarə, müəssisə və təşkilat nümayəndələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. 

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, antiterror tədbirləri zamanı Rüstəmli Bəhruzun, o cümlədən bütün hərbçilərimizin böyük qəhrəmanlıq, şücaətindən danışılıb.  Toyuqlu pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!