İcra başçısı bacısı oğlunu köməkçi götürüb? -   Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı bacısı oğlunu köməkçi götürüb? - Rəsmi açıqlama

Sosial

18 Noyabr 2019 16:48 1583


Ötən gün mətbuatda Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizovun bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin etməsi ilə bağlı xəbərlər yayılıb. Sosial şəbəkələrdə müzakirələrə yol açan xəbər Əziz Əzizovu tənqidlərə tuş edib.

"Yeni Sabah" xəbər verir ki, Modern.az bununla bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Suraxanı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov icra başçısının öz bacısı oğlunu köməkçi qismində işə alması xəbərini təkzib edib. Pepperoni pizza

“Bu barədə məlumat yoxdur. Saytlarda məlumat gedib, lakin bu adda şəxsin vəzifəyə gətirilməsi ilə bağlı xəbər eşitməmişəm”.

Qeyd edilir ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. O, bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətində başçının köməkçisi, daha əvvəl isə Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb. M.Ağayevin əvvəllər Cəlilabad Rayon İcra Hakimiyyətində Əziz Əzizovun sürücüsü olduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!