İcra başçısı barədə həbs qərarı verildi

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı barədə həbs qərarı verildi

Siyasət

20 Avqust 2020 14:04 683


Binəqədi Rayon Məhkəməsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda Binəqədi Rayon Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov barəsində təqdimata baxılıb. pizza sifarişi

Hakim Fərid Əmirəliyevin sədrlik etdiyi iclasda qərar elan edilib və onların barəsində də həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!