İcra başçısı bayramları səhv saldı: Kosa əvəzinə Şaxta baba   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı bayramları səhv saldı: Kosa əvəzinə Şaxta baba - Fotolar

Sosial

20 Mart 2022 20:40 772


Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Yeni il bayramıyla Novruz bayramını səhv salıb.  

Yenisabah.az xəbər verir ki, başçının təşkil etdiyi Novruz şənliyinə Şaxta baba “dəvət olunub.

Fotolardan görünür ki, Novruz tonqalı ətrafında dövrə vuranlar arasında özünə yer edən Şaxta baba Keçəlin əlindən tutub rəqs edir. Toyuqlu pizza

Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir

Novruz tonqalı ətrafında tədbirə tamaşa edən və əl çalanlar arasında Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov da var.

Xatırladaq ki, R.Cəlilov 14 sentyabr 2021-ci il tarixində Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif m
    İcra başçısının burada zərrə qədər günah yoxdur. Günüh müvafiq şöbələrin və rayonun ziyalılarınındır. İcra başçısı sifariş verməyib ki, o personajları. İcra başçısı tədbirə gəlib və o izdihamda olsun ki, diqqəti bu məqama yönəlməyib. humanitar şöbə, müavin, mədəniyyət şöbəsi, Tarix-diyarşünaslıq muzeyin direktoru, yerli qəzetin redaktoru bunu yerindəcə dərhal həll edə bilərdilər. Heç icra başçısı bundan xəbəsiz olardı, onlara da intizam tənbehi verməzdi.
    4 years ago