İcra başçısı bir gündə 24 şəhid ailəsini ziyarət etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı bir gündə 24 şəhid ailəsini ziyarət etdi - Fotolar

Sosial

14 İyul 2024 16:26 1345


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun şəhid ailələrinə növbəti ziyarəti Kəbirli, Yuxarı Kəbirli kəndləri və Örənqala qəsəbəsində baş tutub.

Yenisabah.az xəbər verir ki, İcra Hakimiyyəti başçısı Əziz Əzizov,hüquq mühafizə orqanlarının rəhbərləri və icra aparatının əməkdaşları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış,Kəbirli,Yuxarı Kəbirli kəndlərində və Örənqala qəsəbəsində dəfn olunmuş şəhidlərimizin məzarlarını, sonra isə 24 şəhidin ailəsini ziyarət edib. RİH başçısı Əziz Əzizov şəhid ailələrinin səsləndirdikləri təklifləri dinləyərək, onları daim nəzarətdə saxlayacağını və həlli ilə bağlı tədbirlərin görüləcəyini bildirib.

Ziyarət zamanı şəhid ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlamaları təqdim olunub. Marqarita pizza

Sonda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!