İcra başçısı bu xanımı özünə müavin təyin etdi 

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı bu xanımı özünə müavin təyin etdi 

Sosial

23 May 2025 16:25 7211


Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) icra başçısı Vasif İmanov özünə yeni müavin təyin edib.

"Yeni Sabah" xəbər verir ki, icra başçısı bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Məmmədhüseynova Zülfiyyə Xası qızı başçının müavini təyin olunub. O, mayın 21-dən yeni vəzifəsinin icrasına başlayıb.

"İqtisadiyyat.az"-ın verdiyi məlumata görə,  Z.Məmmədhüseynova yeni təyinatadək Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. 1988-cü il təvəllüdlü Z.Məmmədhüseynova ixtisasca Azərbaycan dili və Ədəbiyyat müəllimidir. Marqarita pizza

Hazırda qeyd olunan məktəbə direktor vəzifəsinə isə təyinat olmayıb.

Xatırladaq ki, bununla da son bir ayda üçüncü qadın müəllim icra hakimiyyətlərində yüksək vəzifə təyinatı alır. Belə ki, daha əvvəl Şəki Şəhər Uşaq İncəsənət məktəbinin tədris işləri üzrə direktor müavini Xəyalə Töhrablı Şəki Şəhər İcra Hakimiyyəti başçısının, Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin tədris işləri üzrə direktor müavini Aliyə Osmanova isə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!