İcra başçısı cəbhədən dönən əməkdaşını qarşıladı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı cəbhədən dönən əməkdaşını qarşıladı - Fotolar

Sosial

31 Dekabr 2020 10:09 787


Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları həmişə olduğu kimi, bu gün də Nərimanov Rayon İcra Hakimiyyətinin nəzər və diqqətindədir. 

İH-dən “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, rayon İcra Hakimiyyətinin başçısı, müavinləri, Rayon Bələdiyyəsinin sədri, İcra Hakimiyyətinin əməkdaşları  Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində də bütün şəhid ailələrini ziyarət edib, qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağını, dövlətin, xalqın və sakini olduqları rayon icra hakimiyyətinin hər bir əməkdaşının daim onların yanında olduğunu bildiriblər.

O cümlədən  qazilər, müharibədən tərxis olunanlar və hal-hazırda hərbi xidmətini davam etdirən hərbçilərin ailələri də diqqət mərkəzində saxlanılır, onların qayğıları ilə ciddi maraqlanır və həlli üçün səylərini əsirgəmirlər. Bu ailələr bundan sonra da daim Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunacaq, görülən hər bir tədbir, atılan hər bir addım onların rifahının yaxşılaşmasına xidmət edəcək, onların hər bir məsələsi Rayon İcra Hakimiyyətinin iş  fəaliyyətində əsas istiqamət olaraq qalacaq.  Dördpendirli pizza

Həm Vətən Müharibəsi zaman, həm də Şanlı Qələbədən sonrakı dövrdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi Bakı Sağlamlıq Mərkəzində müalicə olunan yaralı hərbçilərlə görüşüb, torpaqlarımız uğrunda gedən döyüşlərdəki cəsarətlərindən dolayı onlara təşəkkür edilib.

Könüllü olaraq cəbhəyə gedən vətənpərvər gənclərdən biri də Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşı Tahir İbrahimovdur. Vətən uğrunda gedən müharibədə onun zəfər yolu işğal olunmuş bir neçə rayonun azadlığı uğrunda gedən döyüşlərdən keçib. Bu gün qələbə ilə geri dönən Tahiri iş yerində Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev başda olmaqla İcra Hakimiyyətinin kollektivi böyük fəxrlə qarşılayıb. Qarşılanma zamanı çıxış edən Abdin Fərzəliyev xalqımızın Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun çoxsaylı qəhrəman əsgər və zabitləri ilə qürur duyduğunu söyləyərək, bu gün qələbə sevincini bizə yaşadan şəhidlərimizə Uca Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!