Ötən gün başlanan və güclü leysan yağışı nəticəsində Goranboy rayonunun dağ kəndlərində çaylarda suyun səviyyəsi yüksəlib, sel-suların daşması nəticəsində Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində bir çox fərdi yaşayış evlərinə və təsərrüfatlarına, əhalinin mal-qarasına və nəqliyyat vasitələrinə, iaşə və digər sosial obyektlərə ziyan dəyib.
“Yeni Sabah” xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası dərhal sel-sularının fəsad törətdiyi ərazidə toplanıb, Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon İcra Hakimiyyətinin inzibati binasında Operativ Qərargah yaradılıb.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və rayonun digər rəhbər şəxsləri Komissiya üzvləri ilə birgə, zərər görmüş sakinlərlə görüşüb, fərdi yaşayış evlərinə baş çəkiblər. pizza hut
Hazırda Komissiya tərəfindən, dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması ilə bağlı operativ iş aparılır.
Telegram kanalımız