İcra başçısı həbs edildi, müğənni faktları açdı: “Bu hərəkəti ona bağışlamadım”

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı həbs edildi, müğənni faktları açdı: “Bu hərəkəti ona bağışlamadım”

Sosial

22 İyun 2025 11:10 62974


“Bir müddət öncə Qaxın icra başçısı Musa Şəkiliyev şəhid ailəsi olan qonşumuz, polkovnik Sadiq Məmmədovun ailəsinə qarşı hörmətsizlik etmişdi. Həmin anda özümü saxlaya bilməyib, emosional davrandım və bununla bağlı sosial şəbəkə hesabımda paylaşım etdim”.

Bu sözləri Globalinfo.az-a müğənni Vüqar Muradov Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin saxlanılması ilə bağlı danışarkən deyib.

O, Musa Şəkiliyev haqda çoxlu sayda şikayətlərin olduğunu bildirib: Sezar pizza

“Birmənalı olaraq deyirəm: kim olursa-olsun, belə bir vəziyyətdə heç kim özünü saxlaya bilməzdi. Feysbukda paylaşım edərək yazdım ki, sən mənim şəhidimə, onun ailəsinə hörmətsizlik edə bilməzsən! Bu balaca rayonda şəhidinə, qazisinə, onların ailəsinə hörmətsizlik edən şəxs vəzifəyə layiq deyil. Əksinə, o ailələrin qayğısına qalmalı, diqqətli olmalısan. Bu paylaşımım yayıldıqdan sonra, bildiyim qədərilə, məsələ artıq yuxarı səviyyədə həll olundu. Həmin şəhid ailəsinə torpaq ayrıldı, yaşayış şəraiti yaradıldı. Mən bu barədə sonra eşitdim və sevindim. Əsas şikayətim də məhz şəhid ailəsinə edilən hörmətsizliklə bağlı idi”.

V.Muradov deyib ki, Qaxda yaşamasa da, bu hadisəyə laqeyd qala bilməyib:

“Məsələ şəhidə hörmətsizlikdirsə, bu mənim üçün qırmızı xətdir. Kim olur-olsun – öz doğma atam belə şəhid ailəsinə hörmətsizlik etsəydi, onu da bağışlamazdım. O insan ömrünün 25-30 ilini hərbiyə həsr etmişdi. Gözünü açandan bu sahədə idi, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbinin yetirməsi, vətənpərvər bir insan olub. Onun ailəsinə qarşı edilən hörmətsizliyi eşidəndə çox ağır sarsıntı keçirdim”.

Müğənninin sözlərinə görə, icra başçısının etməli olduğunu onun qohumu Əhməd Əhmədzadə və oğlu yerinə yetirib:

“Əhməd müəllim bizim ağsaqqalımızdır. Məsələyə də o müdaxilə etdi. Onun oğlu Cuma Əhmədzadə xaricdə yaşasa da, qaxlıların sevdiyi, hörmət etdiyi bir insandır. Deyilənə görə, həmin problemi şəxsən o həll etmişdi, hətta şəhid ailəsinə ev də tikilmişdi”.

İfaçı sabiq başçının kobud biri olduğunu vurğulayıb:

“Çoxlu sayda insan mənə zəng etdi, şikayətləndi ki, o şəxs onlara da kobudluq edib, incidib, hörmətsiz yanaşıb. Mən Musa Şəkiliyev haqqında pis demirəm, amma kobud idi. Bir daha deyirəm – mənim üçün şəhid və onun ailəsi toxunulmazdır! Şəhidlərimiz bu vətən uğrunda, Azərbaycan uğrunda canını veribsə, onun hansı millətə, hansı irqə mənsub olmasının fərqi yoxdur! O artıq bizim hamımızın şəhididir və heç kim ona hörmətsizlik edə bilməz!”

Qeyd edək ki, Vüqar Muradov Vətən müharibəsində könüllü iştirak edib.

Xatırladaq ki, iyunun 20-də Qax rayonunun icra başçısı Musa Şəkiliyev, onun müavinləri və rayonun bir neçə vəzifəli şəxsi DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılıb. Bundan sonra Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

M.Şəkiliyev barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Natiq
    Ранен но не убить
    10 months ago
  • Azer
    Salam. Bu məmur Musa Şəkiliyev, men teklif edirem ki boynu vurulsun onun.
    11 months ago
  • Arif
    Məmurların həbsi düzgün deyil. Belə davam edərsə gələcəkdə məmur işləmək istəyən olmayacaq!
    11 months ago
  • Ruslan
    Salam dəfələrlə Tərtərin icra başçısı olan Müstəqim Haqda haqda çox yazılar və mətbuata deyilib ancaq xeyri yoxdu.Hormetli mətbuat bir zəhmət Tərtər haqda məlumat toplayın bəlkə Qax rayonu İcra başçısının sağ əli Tərtərin icra başcinin başına.Terter artıq mevf olur hamı gedir rayondan.Başci Tərtəri 4/3 hissəsinin torpaqlarını alıb qohumların adına obyek tikdirir.Şehid ailələriyle kobud və təhqirlə danişir.
    11 months ago
  • Faiq
    Kişi ölməyib , sağdır ...
    11 months ago
  • Məmmədov Kazim
    Şirvan şəhər hedarəliyev praspekdi 1 telemexanika yataxanasda yaşayan birinci vətən muharbəsinin Qazisin 3 qurup əlil və yeni Azərbayçan bartiyasnın üzüvü Məmmədov Kazım Emin oxlu evladım 44 künün vətən muharbəsinin veteran 5 evladım var bir evladım da anadan kəlimə əlildir yaşayışmız berbat vəziyətdədir yemək pişirməkə qazmız yoxdur içra hakimiyyəti köməlik etmir özüm mənzil nöbəsidəyəm sizdən köməlik isəyirəm
    11 months ago
  • Abbas
    Nedense yuksek vezifeli memur. Tutulan kimi uje ne pox pusurleri var acirlar
    11 months ago