İcra başçısı ilə telejurnalistin xınayaxdı mərasimi Xocalı faciəsinin ildönümündə olub? 

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı ilə telejurnalistin xınayaxdı mərasimi Xocalı faciəsinin ildönümündə olub? 

Sosial

28 Fevral 2024 16:12 5855


Xəbər verildiyi kimi bu gün Ağstafa rayonunun icra başçısı Seymur Orucovla tanınmış teleaparıcı Alidə Mustafayevanın toyudur. Cütlüyün bir neçə gün əvvəl nikah mərasimi keçirilib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, icra başçısı ilə tanınmış teleaparıcının xınayaxdı mərasimi Xocalı qətliamının 32-ci ildönümü günü Bakının dəbdəbəli restoranlardan birində baş tutub. 

Qeyd edək ki, yerli mediada Ağstafa rayon İcra hakimiyyətinin başçısı Seymur Orucovun Xocalı faciəsinin ildönümündə rayonda təşkil edilən tədbirlərə qatılmadığı bildirilir. Səbəb olaraq isə icra başçısının da 26 fevral günü izdivaca girəcək xanımla olan xınayaxdı mərasimində iştirakı göstərilir.  pizza mizza

Məsələ ilə bağlı hər iki şəxslə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmayıb. 

Sözügedən iddialarla bağlı adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aftandil
    AYIB OLSUN!AYIB OLSUN!AYIB OLSUN!
    2 years ago
  • Fariz Hüseynov
    Belə nankorları vəzifəyə qoyanda, o da tüpürəcək xalqn heysiyyatına
    2 years ago