İcra başçısı Qaraçuxur sakinləri ilə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı Qaraçuxur sakinləri ilə görüşdü - Fotolar

Sosial

28 Yanvar 2023 16:01 735


Yanvarın 27-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar görüşünü Qaraçuxur qəsəbəsinin sakinləri ilə keçirib.

Yenisabah.az xəbər verir ki, 279 saylı tam orta məktəbdə sakinlərlə keçirilən səyyar görüşdə RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində törədilən terror aktında həlak olan şəhidimizin xatirəsini ehtiramla anıb. Dominos pizza

Həmçinin, dövlət başçımız cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il ölkəmizdə Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olması şərəfinə “Heydər Əliyev İli” elan edilməsini diqqətə çatdıran RİH başçısı dahi şəxsiyyətin müstəqil Azərbaycan Respublikasının bugünkü tərəqqisində, ən əsası, qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunun və xidmətlərinin hər an, hər gün gözümüzün önündə olduğunu vurğulayıb.

Səyyar görüş-qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.Bir bir və ya daha çox şəxs və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və oturan insanlar şəkili ola bilərBir 7 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 5 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və kostyum şəkili ola bilər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!