İcra başçısı qazinin evinə getdi, problemləri ilə maraqlandı - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı qazinin evinə getdi, problemləri ilə maraqlandı - FOTOLAR

Sosial

23 İyul 2024 09:31 581


Beyləqan şəhid ailələrinin, Vətən Müharibəsi əlillərinin xüsusi diqqət və qayğı ilə əhatə olunduğu rayonlardan biridir. 

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinləri və şöbə müdirləri ilə birlikdə bu dəfə rayonun Tatalılar və Eyvazalılar kəndində şəhid məzarlarını ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad edib. 

Yenisabah.az xəbər verir ki, RİH başçısı Əziz Əzizov şəhid ailələri ilə görüşüb, onların  problemləri ilə maraqlanıb, şəhidlərimizə Allahdan rəhmət,  ailələrinə səbr diləyib.  Sezar pizza

Daha sonra Vətən Müharibəsi qazisi Orxan Həsənov yaşadığı evdə ziyarət olunub. Rayon rəhbəri qazinin səhhəti və problemləri ilə maraqlanıb, valideynlərinə belə vətənpərvər övlad yetişdirdiklərinə görə minnətdarlıq hisslərini ifadə edib.

Görüşlərdə şəhid ailələrinə və Vətən Müharibəsi qazisinə Beyləqan Rayon İcra Hakimiyyətinin ərzaq sovqatları təqdim olunub. Onlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!