Neftçala İH-dən sakinin şikayətinə   REAKSİYA - YENİLƏNİB

saytların hazırlanması

Evə çatdırılma

Neftçala İH-dən sakinin şikayətinə REAKSİYA - YENİLƏNİB

Sosial

10 Dekabr 2022 17:27 1045


Neftçala rayon İcra Hakimiyyətindən rayon sakini Rəhim Həsənovun şikayətinə cavab verilib.

İcra Hakimiyyətindən Yenisabah.az-a daxil olan məlumatda rayon sakinin müraciətlərinə verilən cavablar və ona edilən köməklə bağlı ətraflı məlumat verilib.

"Neftçala rayonunun Həsənabad qəsəbəsi Mirqurbanlı yaşayış məntəqəsi sakini  1979-cu  il təvəllüdlü Həsənov Rahim Sənhan oğlu “İcra başçısı qəbul etdi, dedi, baxarıq, amma heç nə olmadı“ - Şikayət  adlı yazıda iş tapa bilməməsi və həyat yoldaşının Hepatit C xəstəliyindən əziyyət çəkməsindən şikayətlənmişdir. Dördpendirli pizza

Bildiririk ki, R.Həsənovun işlə təmin olunması ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciətləri əsasında  15.04.2022-ci il tarixli SİİTPŞ-695 və 19.04.2022-ci il tarixli SİİTPŞ-732 nömrəli məktubla  Şirvan-Salyan Regional Məşğulluq Agentliyinə müraciət olunmuşdur.

Qeyd edirik ki, R.Həsənovun arvadı Həsənova Nəcibə İsmayıl qızı Neftçala RİH tərəfindən 2017-ci il 1 oktyabr tarixində Mirqurbanlı kənd Körpələr evi uşaq bağçasında işlə təmin olunub.

Bildiririk ki, N.Həsənovaya Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən Hepatit C xəstəliyindən müalicə alması üçün Bakı şəhərinə göndəriş verilmişdir.

Məlumat üçün qeyd edirik ki, Rayon İcra Hakimiyyəti tərəfindən R.Həsənovun ailəsinə  dəfələrlə maddi və ərzaq köməklikləri,tədris ilinin başlanğıcında  məktəb yaşlı övladları məktəbli ləvazimatları və geyim ilə təmin olunub.Təqdim etdiyi reseptlərdə olan dərmanları da alınmışdır.

Bildiririk ki, R.Həsənova 01.01.2022-ci il tarixdən bir il müddətinə ÜDSY təyin olunub.

R.Həsənov hal-hazırda fərdi əməklə məşğuldur", - məlumatda deyilir.

***

Neftçala rayonunun Mirqurbanlı kənd sakini Rahim Həsənov işsizlikdən şikayətçidir.

Neftçala sakini ailə vəziyyətinin ağır olması və iş tapa bilməməsiylə bağlı Yenisabah.az-ın redaksiyasına müraciət edib.

Şikayətçinin sözlərinə görə, hazırda işləmir:

“Ailə vəziyyətimiz çox pisdir. Oğlumun biri hərbi xidmətdədir, biri gələn il, o birisi isə növbəti ildə əsgərliyə gedəcək. Həyat yoldaşım da Hepatit-C xəsətliyindən əziyyət çəkir.

Artıq həyatımdan da bezmişəm. Neftçala rayon İcra Hakimiyyətinə müraciət etmişəm, İH əməkdaşlarının qəbuluna düşmüşəm. Bir ay qabaq isə rayon icra başçısı Mirhəsən Seyidova müraciət etmişdim, qəbul etdi, dedi, baxarıq, amma heç nə olmadı. 

İnanın, vəziyyətimiz o qədər pisdir, artıq əsəbdən ağlayıram, dözə bilmirəm. İcrada işləyənlərin qohum-əqrəbası, hamısı işləyir. Mən neçə ildir can çəkişirəm, işsizlikdən, yoxsulluqdan ürəyim partlayır. 

Düzdür, sosial müavinət alıram, amma övladımın biri də xəstədir, revmatizmi var. Pulu ancaq onun dava-dərmanlarına və Bakıya aparıb gətirməyimə pulu sərf edirəm. Deyirəm, özüm acından ölüm, amma balam şəfa tapsın”.

Neftçala rayon İcra Hakimiyyətinə şikayətlə bağlı zəngə cavab verən olmadı. Rayon Məşğulluq Xidmətində də suallara cavab verəcək rəsmi şəxs tapılmadı.

Rəfi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!