İcra başçısı şəhid ailəsini ziyarət etdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı şəhid ailəsini ziyarət etdi - Fotolar

Sosial

08 Yanvar 2021 19:00 1201


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Sevinc Fətəliyeva, RİHB-nin müavini və aparatın əməkdaşları Şəhidimiz Rəcəbov Ruslan Rəcəb oğlunun Hövsan qəsəbəsində yaşayan ailəsini ziyarət ediblər.

Yenisabah.az xəbər verir ki, Ruslan Rəcəbov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Qarabağ” ordeni,  “Vətən uğrunda” medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı ilə, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Şəhidin ailəsinə səbr diləyən Əziz Əzizov və Sevinc Fətəliyeva Şəhidliyin, vətənpərvərliyin ən ali məqamı olduğunu, bu ucalığa yüksələnlərin ömür yolunun nə qədər qısa olsa da, şərəfli və örnək sayıldığını vurğulayıblar. Həmçinin, ailənin qayğı və problemləri ilə yaxından maraqlanaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.   Dördpendirli pizza

Qeyd edək ki, Suraxanı RİH-in dəstəyi ilə Bakı şəhər sakini Məlikov Cəlil Bəhram oğlu xeyirxahlıq göstərərək Şəhidin autizm xəstəsi olan övladlarının müalicə olunmasını öz öhdəsinə götürmüşdür. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!