İcra başçısı şəhid Mehdi Fərzullazadənin ailəsini ziyarət etdi
26 Yan 2021 11:48
302

İcra başçısı şəhid Mehdi Fərzullazadənin ailəsini ziyarət etdi

Suraxanı rayon rəhbərliyi tərəfindən şəhidlərimizin müqəddəs xatirəsini yad etmək, ailələrini diqqətdə saxlayaraq onlara mütəmadi baş çəkmək ənənə halını alıb.

Yenisabah.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Aparatın əməkdaşları bu dəfə vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan şəhidlərimizdən biri Fərzullazadə Mehdi Zaman oğlunun ailəsini ziyarət edib, problemləri ilə maraqlanıblar.

Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Mehdi Fərzullazadənin ailə üzvlərinə səbr diləyən RİH başçısı Əziz Əzizov belə Azərbaycan gəncinin millətinə, dövlətinə və torpağına bağlılığından, onun əbədiyyətədək yaşayacağından, xalqımızın onun kimi igidlərlə qürur duyduğundan bəhs edib, Mehdinin simasında ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan, adını müqəddəslərin siyahısına yazan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.

Qeyd edək ki, Mehdi Fərzullazadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib. 

İcra başçısı şəhid Mehdi Fərzullazadənin ailəsini ziyarət etdi
İcra başçısı şəhid Mehdi Fərzullazadənin ailəsini ziyarət etdi
İcra başçısı şəhid Mehdi Fərzullazadənin ailəsini ziyarət etdi
İcra başçısı şəhid Mehdi Fərzullazadənin ailəsini ziyarət etdi
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər