İcra başçısı şəhidin anım mərasiminə qatıldı -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı şəhidin anım mərasiminə qatıldı - FOTOLAR

Sosial

05 Dekabr 2024 14:25 280


Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Fətəliyev Rahib Pənah oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən dörd il keçir.

Yenisabah.az xəbər verir ki, şəhidimizin ildönümü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri ilə birgə şəhidin xatirəsinə keçirilən məclisdə iştirak ediblər.

Şəhidin ailə üzvlərinə dərin hüznlə baş sağlığı verən RİH başçısı Əziz Əzizov 44 günlük Vətən Müharibəsində hərbçilərimizin şücaətindən, qəhrəmanlığından danışıb, xalq-dövlət-ordu birliyimizin bütün dünyaya nümunə olduğunu, şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu və dövlət başçısının göstərişləri əsasından şəhid ailələləri və qazilərin daim diqqət və qayğıyla əhatə olunduğunu diqqətə çatdırıb. Toyuqlu pizza

Şəhidin ailə üzvləri Şəhid Rahibin həyat və döyüş xatirələrini bölüşüb, qazanılan qələbədə övladlarının da payı olduğu üçün qürur duyduqlarını bildirmiş, onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirərək Ali Baş Komandan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!