İcra başçısı Türkanda sakinlərlə görüşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı Türkanda sakinlərlə görüşdü - Foto

Sosial

15 Noyabr 2019 07:09 1046


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin və paytaxt rayonlarının başçıları Bakı şəhərinin qəsəbələrində sakinlərin   problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə görüşlər keçirirlər.  Bu görüşlər çərçivəsində Xəzər rayonu Türkan qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov sakinlərlə görüş keçirib.

“Yeni Sabah” xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri ilə yanaşı Bakı Şəhər İcra Hakimiyyətinin də məsul içiləri iştirak edib. 

Əvvəlcə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev qəsəbədə görülmüş işlərlə bağlı məlumat verib. Daha sonra isə “Açıq mikrofon” formatında keçirilən görüşdə Xəzər RİH başçısı Elşən Salahov Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinə yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq mütəmadi olaraq yerlərdə səyyar görüşlərin keçirildiyini bildirib, son vaxtlarda rayonda, eləcə də Türkan qəsəbəsində həyata keçirilən işlərdən danışıb. Pepperoni pizza

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Səyyar görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov  çıxışında, yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini diqqətə çatdıraraq, bu cür qəbullar əhalinin qayğı və problemlərinin öyrənilməsinə və operativ həllinə imkan verdiyini bildirib.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!