İcra başçısı vətəndaşlara: Sizi narahat edən məsələlərdən danışın - Maraqlı görüş

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı vətəndaşlara: Sizi narahat edən məsələlərdən danışın - Maraqlı görüş

Sosial

13 İyul 2024 10:51 810


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun rayonun Bahar qəsəbə sakinləri ilə ilk səyyar qəbul-görüşü keçirilib.  

Görüşdə  Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat,  bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları iştirak edib.  

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.  pizza sifarişi

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq prosesi, əhalinin rifahının daha da yüksəlməsi istiqamətində həyata keçirilən çoxşaxəli işlər haqqında məlumat vermişdir. Ə.Əzizov əlavə etmişdir ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir. 

Daha sonra RİH başçısı sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi. 

Görüşdə qəsəbə sakinləri bir sıra müraciətlər ünvanlamış, əsas müraciətlər suvarma suyunun verilməsi, qəsəbə tam orta məktəb binasının əsaslı təmir olunması, SİB kabellərinin çəkilməsi, yeni artezian quyusunun qazılması kimi müraciətlərdən ibarət olmuşdur. 

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilmişdir. 

Bahar qəsəbə  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!