İcra başçısının müavini dəhşətli əməl törədən işçidən DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının müavini dəhşətli əməl törədən işçidən DANIŞDI

Sosial

07 Dekabr 2024 14:53 833


Lerik rayon icra başçısının Kirəvud kəndi üzrə ərazi icra nümayəndəsi Şəfiq Şaiq oğlu Əliyev intihar edib. Lakin Şəfiq Əliyevin hansı səbəbdən bu addımı atması hələlik məlum deyil. Vəzifəli şəxsin meyiti yaxınları tərəfindən tapılıb. Lerik Rayon İcra Hakimiyyəti hadisəni təsdiq edib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Yenisabah.az xəbər verir ki, Modern.az hadisənin detallarını öyrənmək üçün Lerik Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. pizza

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov açıqlamasında intihar edən icra nümayəndəsi ilə bağlı bunları deyib:

"Çox savadlı, ədəb-ərkanlı, mədəni işçi idi. Eyni zamanda, onun çox gözəl gənc ailəsi vardı. Onun digər işçilərlə, əməkdaşlarımızla problemi olmayıb. İntihar etməsinin səbəbini bilmirik. Bu, hüquq-mühafizə orqanlarının araşdırmasından sonra məlum olacaq. Heç ailəsi də nə üçün intihar etdiyini bilmir. Amma heç vaxt narahatlıq sezməmişik. Onun iş yeri kəndə yaxındır. Evə gedib, sonra qayıtmayıb".

Qeyd edək ki, mərhum Şəfiq Əliyev ailəli olub, bir uşağı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!