İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Fotolar

Sosial

05 Aprel 2025 11:56 5073


Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu, “Efendiler Group” şirkətinin rəhbəri Ənvər Ənvərli (Vəliyev) sakinlərin razılığı olmadan Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsinin Səməd bəy Mehmandarov küçəsinə çıxış hissəsində sakinlərin avtomobillərini park etməsini qadağan etdirib.

“Yeni Sabah”Demokrat.az-a istinadən xəbər verir ki, icra başçısının oğlunun göstərişi ilə AYNA tərəfindən məhəllədaxili yola “dayanma, durma qadağandır” işarəsi qoydurub.

Sakinlərin narazılığına baxmayaraq, Ənvər Ənvərli bu addımı “Efendiler Group” şirkətinin ofisinə özünün rahat “giriş-çıxış” etməsi üçün atıb. pizza

Sözügedən yol nişanının “Efendiler Group” şirkətinin müraciəti əsasında quraşdırılmasını Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də təsdiqləyib:

“Əfəndilər” MTK tərəfindən olunmuş rəsmi müraciətə əsasən, Ülvi Rəcəbov küçəsində AYNA-nın əməkdaşları tərəfindən təhlillər aparılıb.

Təhlillərin nəticələrinə əsasən, Ülvi Rəcəbov küçəsinin Səməd bəy Mehmandarov küçəsinə çıxış hissəsində parklanma səbəbindən qarşılıqlı hərəkətə maneə yarandığı müşahidə olunub. Belə ki, AYNA tərəfindən S.Mehmandarov küçəsində ödənişli parklanma məntəqləri təşkil olunmasına baxmayaraq, parklanmaya görə ödənişdən yayınan sürücülər həmin hissədə parklanma etməklə qarşılıqlı hərəkətə maneə yaradırlar”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!