İcra başçısının özünə 250 minlik avtomobil alması xəbərinə -   RƏSMİ CAVAB

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının özünə 250 minlik avtomobil alması xəbərinə - RƏSMİ CAVAB

Sosial

21 Noyabr 2019 17:07 1468


Bu gün mediada Qazax rayonunun icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun özünə 250 min manat dəyərində olan "Range Rover" avtomobili alması haqqında xəbər yayılıb. 

İcra başçısının aldığı məvaciblə belə bir avtomobilə necə sahib olması sualı ətrafında polemika açan sosial şəbəkə istifadəçiləri isə icra başçısının əyri yollarla belə bir bahalı "oyuncaq" əldə etdiyinə eyham vururlar. 

"Yeni Sabah" xəbər verir ki, Moderator.az-ın əməkdaşı yayılmış xəbərlərə aydınlıq gətirilməsi üçün Qazax rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.  pizza hut

İcra Hakimiyyətindən bildiriblər ki, yayılan xəbər həqiqəti əks etdirmir və bu, Rəcəb Babaşovun rayonda gördüyü geniş miqyaslı abadlıq-quruculuq işlərinə kölgə salmaq niyyəti güdən bədxahların sifarişidir. 

Bildirildi ki, ölkə başçısının regiona səfəri öncəsi belə bir dezinformasiyanın tirajlanması və mediaya ötürülməsi təsadüf deyil və könül bulandırmağa hesablanıb. İcra hakimiyyətindən bildirildi ki, Rəcəb Babaşovun sərəncamında olan minik vasitəsi dövlət tərəfindən verilən xidməti avtomobildir və onun da buraxılış ili heç də yeni deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!