İcra başçısının yeni birinci müavini kimdir? 

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının yeni birinci müavini kimdir? 

Siyasət

02 İyul 2020 12:31 6686


Şamaxı Rayon İcra Hakimiyyəti başçısının yeni birinci müavini Hikmət Şikarov Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri olub. 

Yenisabah.az xəbər verir ki, əslən Şamaxıdan Hikmət Şikarov rayonda tanınmış nəsl olan Şikarovlardandır. 

Hikmət Şikarov 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünas ixtisası üzrə, 2001-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetmə fakultəsini bitirib.  Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısıdır. 1989-cu ildə “Qədirbilən əfqan xalqından, 1989-cu ildə Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə “Beynəlmiləlçi döyüşçü”, “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi, 1991-ci ildə “İctimai asayişin qorunmasında əla xidmətlərinə görə”, 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları və digər mükafatlarla təltif olunub. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!