İcra Hakimiyyət açıqlama yaydı: “Həzi Aslanov küçəsinin adı dəyişdirilməyib”

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyət açıqlama yaydı: “Həzi Aslanov küçəsinin adı dəyişdirilməyib”

Sosial

06 Avqust 2020 11:44 1108


Qəbələ Rayon İcra Hakimiyyəti Polad Həşimov küçəsi ilə bağlı yaranan qalmaqal haqda açıqlama ilə çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, İH bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimov adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayıdığını bildirib:

“Qeyd edirik ki, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verilib. Polad Həşimov küçəsi  başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək  davam edir. Dominos pizza

Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinədək uzanır.

Bir daha kütləvi informasiya vasitələrini, sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!