İcra Hakimiyyəti “8-ci km bazarı”nın sökülməsinə rəy bildirdi

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyəti “8-ci km bazarı”nın sökülməsinə rəy bildirdi

Sosial

30 Oktyabr 2024 17:56 1063


Nizami Rayon İcra Hakimiyyəti "8-ci km bazarı"nın sökülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, "8-ci km bazarı" ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

Nəzərə çatdırılıb ki, qanunsuz quraşdırılmış, şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadlıq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur: pizza mizza

“Qeyd edək ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilmişdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahim
    O Qanunsuz tikililərə vaxtında İH niyə GÖZ YUMUB Kİ İNDİ DƏ SÖKÜR?
    2 years ago