İcra Hakimiyyəti Elçibəylə bağlı yürüşə icazə vermədi

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyəti Elçibəylə bağlı yürüşə icazə vermədi

Sosial

21 İyun 2019 13:27 1536


Bakı şəhər İcra Hakimiyyəti 24 İyun Əbülfəz Elçibəyin doğum günü ilə bağlı ziyarət yürüşünə yox dedi

24 İyun saat 11:00-da Bəyaz Hərəkatının planlaşdırdığı eks-Prezdent Əbülfəz Elçibəyin doğum günü ilə bağlı təxminən 200 metrlik Fəxri Xiyabana planlaşdırılan yürüşə Bakı şəhər İcra Hakimiyəti icazə verməyib.

Bu haqda Bəyaz Hərəkat təşkilat komitəsinin üzvü Həsən Qasımov “Yeni Sabah”a bildirib ki, bunu nəzərə alaraq həmin vaxt Əbülfəz Elçibəyi ziyarət etmək üçün Fəxri Xiyabanın giriş qapısında toplaşaraq birgə ziyarəti məqbul sayılıb.  pizza mizza

“Bakı Şəhər İcra Aparatının təəssüf doğuran bu qərarına onlardan fərqli olaraq öz siyasi mədəniyyətimizi nümayiş etdirməklə və hər hansı  xoşagəlməz halların baş verməsinə əsas verməmək üçün Fəxri Xiyabanın giriş qapısından birgə ziyarətimizi məqbul bildik . Önəmli olan Elçi Bəyə sevgimiz, yüksək ehtiramımız və birgə ziyarətimizdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!