İcra Hakimiyyəti hərəkətə keçdi – Qanunsuz tikintilərə qarşı sərt tədbir

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyəti hərəkətə keçdi – Qanunsuz tikintilərə qarşı sərt tədbir

Sosial

29 İyul 2025 17:44 471


Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinin tələblərinə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə qanunsuz tikinti və torpaq zəbtinə qarşı nəzarət tədbirləri planlı şəkildə davam etdirilir.

Yenisabah.az  xəbər verir ki, bu çərçivədə, 2025-ci ilin 29 iyun tarixində Qaradağ rayonunun qəsəbələrində aparılmış növbəti monitorinq zamanı sakinlər tərəfindən qanunsuz şəkildə zəbt olunmuş torpaq sahələrində tikinti işlərinin aparıldığı müəyyən edilib. Aşkar edilmiş qanunsuz tikililərlə bağlı dərhal müvafiq tədbirlər görülüb, həmin tikintilər dayandırılmış və söküntü işləri həyata keçirilib. 

Qaradağ Rayon İcra Hakimiyyəti bir daha bildirir ki, rayon ərazisində qanunsuz tikinti və torpaq zəbtinə qarşı mübarizə qətiyyətlə davam etdiriləcəkdir. Şəhərsalma qanunvericiliyinə zidd halların qarşısının alınması məqsədilə monitorinqlər və nəzarət tədbirləri gələcəkdə də ardıcıl olaraq həyata keçiriləcəkdir. pizza

  • Qaradağda qanunsuz tikinti işlərinin qarşısı alındı - FOTOLAR
  • Qaradağda qanunsuz tikinti işlərinin qarşısı alındı - FOTOLAR

Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    VİCDANLI. VƏ NÜFUZLU İCRA BAŞÇISI ƏVVƏLCƏDƏN HARA BAXIRDI Kİ? BÜNÖVRƏ BAŞLAYANDA QARŞISI ALINMALI İDİ. MƏHKƏMƏNİN QƏRARI OLMADAN SÖKÜNTÜ QANUNSUZDUR. BU İCRA BAŞÇISININ QANUNSUZ ADDIMIDIR.
    9 months ago