Ötən gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 3 ünvanındakı binanın yaxınlığında ağacların dibinə naməlum şəxslər tərəfindən beton tökülməsi ilə bağlı məlumat yayılmışdı.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən dərhal əraziyə baxış keçirilmiş, acağların dibi betondan təmizlənmiş, ağaclara su verilmiş və ərazi nəzarətə götürülmüşdür.
Telegram kanalımız