İcra Hakimiyyətindən açıqlama: “KİV-dəki xəbərlər şaiyədən başqa bir şey deyil“

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyətindən açıqlama: “KİV-dəki xəbərlər şaiyədən başqa bir şey deyil“

Sosial

27 Avqust 2019 14:30 2030


Bakı Şəhər İcra Hakimiyyəti  yeni yaradılmış ictimai çimərliklərdəki vəziyyətlə bağlı açıqlama verib. 

İcra Hakimiyyətindən “Yeni Sabah”a daxil olan məlumata görə, son bir neçə gündə bəzi KİV-lərdə yeni yaradılmış ictimai çimərliklərdəki vəziyyətlə bağlı həqiqətə uyğun olmayan xəbərlər verilib. 

Məlumatda qeyd olunub ki, tam rəsmi şəkildə bildiririk ki, Bakı şəhərində Səbail rayonu “Şıx” ərazisində, Xəzər rayonu Buzovna və Binəqədi rayonu Görədil qəsəbələrində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yeni yaradılmış ictimai çimərliklər pulsuzdur. Çimərliklərdə sanitar vəziyyətin lazımi səviyyədə saxlanilması və təmizlik işlərinin aparılması üçün xidmət personalı fəaliyyət göstərir və bura nəzarətdə saxlanılır.

Sonda qeyd olunub ki, həmin KİV-də qeyd olunanlar isə şaiyələrdən başqa bir şey deyildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!