İcra hakimiyyətindən Şamaxı sakininin şərlənməsi iddiası ilə bağlı   CAVAB

saytların hazırlanması

Evə çatdırılma

İcra hakimiyyətindən Şamaxı sakininin şərlənməsi iddiası ilə bağlı CAVAB

Xalqın səsi

26 İyun 2020 22:37 1989


“Son günlər Şamaxı rayonunda dövlət qurumları ilə vətəndaşlar arasında yaranmış sağlam münasibətləri pozmaq üçün ayrı-ayrı internet resurslarında həqiqəti əks etdirməyən videomateriallar paylaşılır”.

Yenisabah.az xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətinin açıqlamasında qeyd edilib.

Bildirilib ki, sözügedən videomaterialda Xaliq Xudaverdiyev qardaşının şərlənərək tutulduğunu iddia edib: pizza sifarişi

“Halbuki, Xaliq Xudaverdiyevin qardaşı Aslan Xudaverdiyev törətdiyi ayrı-ayrı cinayət əməllərinə, o cümlədən çoxsaylı dələduzluq faktlarına görə, Azərbaycan Respublikası CM-nin 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Qobustan rayon məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərarı ilə Aslan Xudaverdiyev barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qüvvədə saxlanılmışdır.

Hal-Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, Aslan Xudaverdiyev heç vaxt rayon icra hakimiyyəti başçısının qəbulunda olmamış və hər hansı formatda heç bir mövzunu müzakirə etməmişdir. Rayon icra hakimiyyətinin başçısı və əməkdaşları tərəfindən cəmiyyətdə ayrıseçkiliyə, yerlibazlığa səbəb olan istənilən ifadə və davranış qətiyyətlə rədd edilir və yalnız bir prinsip – Azərbaycançılıq prinsipi üstün tutulur.

Bildiririk ki, Xaliq Xudaverdiyevin bu məzmunlu heç bir fakta söykənməyən və əsassız iddiaları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət olunacaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!