İcra Hakimiyyətinə məxsus yük maşını aşdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyətinə məxsus yük maşını aşdı - Fotolar

Hadisə

11 Mart 2021 23:15 902


Bakı-Sumqayıt avtomobil yolunun “Saray” postunun yaxınlığından keçən hissəsində yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, Sumqayıt istiqamətində hərəkətdə olan “MAZ” markalı yük avtomobili ötmə əməliyyatı zamanı Abşeron Rayon İcra Hakimiyyətinə məxsus məişət tullantıları daşıyan yük maşınını yoldan çıxarıb. 

Nəticədə tullantı daşıyan yük maşını Saray qəsəbəsi istiqamətinə dönmə əməliyyatı edərkən beton arakəsməyə çırpılaraq aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. pizza mizza

Hadisə yerinə yol polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!