İcra hakimiyyətinə qarşı 230 minlik iddia: Torpaq sahəsi zəbt edilib

saytların hazırlanması

Evə çatdırılma

İcra hakimiyyətinə qarşı 230 minlik iddia: Torpaq sahəsi zəbt edilib

Sosial

24 May 2025 13:46 374


Naxçıvanda 11 saylı çörək zavodunun 60 kvadratmetr torpaq sahəsi zəbt edilib. Həmin torpaq sahəsində yerləşən 47 kvadratmetr sahəsi olan bufet-çayxana sökülüb.

Yenisabah.az musavat.com-a istinadla xəbər verir ki, zavod rəhbəri məhkəməyə müraciət edərək sökülən tikili üçün 100 min manat, sökülən gündən əldənçıxmış fayda kimi 80 min manat, mənəvi ziyana görə isə 50 min manat tələb edib.

İş adamı 230 minlik iddianı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı qaldırıb. pizza sifarişi

Məhkəmə zamanı məlum olub ki, zavod rəhbəri icra hakimiyyəti ilə razılıq əldə etdiyi üçün iddiadan imtina edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!