Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

İcra hakimiyyətinin mobil qrupları yoxlama aparır
28 İyl 2021 16:14
521

İcra hakimiyyətinin mobil qrupları yoxlama aparır

Operativ Qərargah tərəfindən verilmiş qərarların icra vəziyyətini yoxlamaq məqsədilə Nərimanov Rayon İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargahın nəzdində olan mobil qruplar fəaliyyətlərini davam etdirir.

İH-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, mobil qruplar gündəlik olaraq rayon ərazisində fəaliyyət göstərən  ictimai-iaşə, ticarət müəssisələrində, şadlıq saraylarında, bazarlarda, bərbərxana, gözəllik salonları və digər obyektlərdə, əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparırlar. Reydlər zamanı işçilər və sakinlərlə maarifləndirici söhbətlər aparılır, insanlar arasında sosial məsafənin gözlənilməsi, qapalı məkanlarda fərdi qoruyucu vasitələrdən istifadə etmələri barədə lazımi tövsiyələr verilir, peyvənd olunmalarının vacibliyi vurğulanır. 

"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Nərimanov rayonunda COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvəndlənməyə cəlb olunması prosesinin də yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür. Belə ki, mobil qrupların üzvləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın  26.07.2021-ci il tarixli qərarına əsasən COVİD-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatı tələb olunan iş və xidmət sahələrində çalışanların peyvəndlənməsi üçün müəssisə və təşkilatlarda olur, maarifləndirici söhbətlər aparır, dövlətimiz tərəfindən həyata keçirilən peyvəndlənmə tədbirində vətəndaşlarımızı həmrəylik nümayiş etdirməyə çağırırlar. 

Onu da qeyd edək ki, bu günə qədər Nərimanov  rayonu  üzrə ümumilikdə 110.000-dən artıq şəxs rayonun müxtəlif tibb müəssisələrində COVİD-19 infeksiyasına qarşı birinci doza üzrə peyvənd olunub. 

Həmçinin rayon Polis İdarəsinin əməkdaşları ilə birgə şadlıq saraylarında və restoranlarda keçirilən toy mərasimlərinə qatılan vətəndaşların COVİD-19 pasportlarının olub-olmamasına, qonaqlaın say məhdudiyyətinə və qoyulmuş digər qaydaların riayət olunmasına ciddi nəzarət edilir.

 

İcra hakimiyyətinin mobil qrupları yoxlama aparır
İcra hakimiyyətinin mobil qrupları yoxlama aparır
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər