“İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri həbsdə qaldı

saytların hazırlanması

Evə çatdırılma

“İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri həbsdə qaldı

Kriminal

23 May 2025 20:35 431


"İdeal" (indiki "Adore") mağazalar şəbəkəsinin mənimsəmə ittihamı ilə məhkum olunmuş keçmiş rəhbəri İlqar İsmayılovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciəti təmin edilməyib.

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsi onun cəzasının qalan hissəsinin şərti hesab edilməsinə razılıq verməyib.

Qərarda göstərilib ki, İsmayılovun cəzasının yarıdan çoxunu çəkməsinə baxmayaraq, digər əsaslarla azadlığa buraxılması məqsədəuyğun deyil. Dördpendirli pizza

Qərara əsasən, ərizə təmin edilməyib və İ.İsmayılov həbsdə qalıb.

Qeyd edək ki, o, 2021-ci ilin aprel ayında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!