İdman zallarında QİYMƏTLƏR BAHALAŞIB - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İdman zallarında QİYMƏTLƏR BAHALAŞIB - VİDEO

Sosial

09 Avqust 2023 09:03 750


Biri fitnes zalnda məşq edir. Başqaları isə kikboksla məşğuldur. Bu azyaşlılar isə cüdo müəllimindən fəndlər öyrənirlər.

Yay ayı olduğu üçün idman klublarına üz tutanların sayı artıb.

İdman zallarında fitnes, həmçinin digər idman növləri üzrə dərslər fərdi qaydada və ya qrup halında olur. Əvvəlki vaxtlarla müqayisədə fitnes zallarında aylıq qiymətlər nisbətən artıb. Həftədə üç dəfə zalda məşq etməklə, limitsiz məşq etməyin arasında da qiymət fərqləri var. Toyuqlu pizza

Fərdi qaydada müəllimlə məşq etməyin qiyməti isə fərqlidir. Burada həmin şəxsə məşqin xırdalıqları öyrədilir və effektiv olması üçün göstərişlər verilir

Fitnesslə yanaşı xüsusilə azyaşlılar idman növləri ilə də məşğul olmaq üçün zallarına üz tuturlar.

Qeyd edək ki, idman zallarında qiymət artımının əsas səbəbi alətlərin bahalaşmasıdır. O da bildirildi ki, hələlik idman zallarında növbəti qiymət artımının olacağı gözlənilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!