İdmançıların barışdırılması düzgündür? - “Biri harınlayıb başqasına zor tətbiq edirsə...”

saytların hazırlanması

Evə çatdırılma

İdmançıların barışdırılması düzgündür? - “Biri harınlayıb başqasına zor tətbiq edirsə...”

Sosial

05 Fevral 2024 18:39 941


Ötən həftə bir qrup idmançı tərəfindən döyülən veteran idmançı Həsən Əzizov barışıq ərizəsi yazıb. İdmançını döyməkdə təqsirləndirilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov Həsən Əzizovun üzvü olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna müraciət ediblər.

Təşkilat rəhbərliyinin məsələyə müdaxiləsindən sonra tərəflər arasında barışıq əldə olunub. Lakin bu barışıq cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çox sosial şəbəkə istifadəçiləri məsələyə hökmən hüquq-mühafizə orqanlarının müdaxilə etməli olduğunu, təqsirlənidirilən idmançıların Həsən Əzizovun şəxsiyyətini alçaltmaq istədiklərini bildiriblər. Bir çoxlarının fikrinə görə, bu cür ciddi dava-dalaşlardan sonra kiminsə vasitəsi ilə barışığın əldə olunması, cəmiyyətdə belə hadisələrin artacağına gətirib çıxaracaq. Hətta bəzi sosial media istifadəçiləri davaların ölümlərə nəticələnə biləcəyini qeyd ediblər.

Bəs görəsən milli mentalitetə və adətlərə söykənən barışdırma ənənəsi həqiqətən düzgün addımdırmı? Belə ciddi münqişələrlə bağlı bu cür yüngül tədbirlər gələcəkdə bir çox insanın zorakılıq üsullarına əl atmasına gətirib çıxara bilərmi? Marqarita pizza

Mövzu ilə bağlı əməkdar artist, aktirsa Mehriban Xanlarova fikirlərini Yenisabah.az-la bölüşüb. Aktrisa bu cür hadisələrin ilk dəfəsində barışığın əldə olunmasının tərəfdarı olduğunu qeyd edib.

“Əgər doğurdanda bu hadisə ikinci, üçüncü dəfə təkrarlanıbsa, qanuni yolla həll olunmalıdır. Birinci dəfədirsə mən də onun tərəfdarıyam ki, məsələ daha da böyümədən ağsaqqalların vasitəsi ilə həll olunsun. Mən də dəfələrlə olub ki, yüngül mübahisələrdə qarşılıqlı danışıqlarla barışıq əldə etmişəm. Bu mənim şəxsi fikrimdir. Əgər mübahisə ilk dəfə olubsa və qarşı tərəf peşmandırsa, o zaman ağsaqqal və ya hansısa sözükəsərli birinin məsələhəti ilə barışıq əldə olunması daha yaxşıdır. Yox əgər biri harınlayıb başqasına bir neçə dəfə zor tətbiq edirsə, onda mütləq hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!