İğtişaş, inqilab, müharibə... - “Deepfake” videosu ilə bunları yaratmaq mümkündür?

saytların hazırlanması

Evə çatdırılma

İğtişaş, inqilab, müharibə... - “Deepfake” videosu ilə bunları yaratmaq mümkündür?

Rəqəmsal

23 İyul 2026 13:18 265


Süni intellekt (Sİ) texnologiyalarının sürətlə inkişafı ilə birlikdə “deepfake” adlanan saxta video və səs yazılarının sayı da artır.

Bəzi rəylərə görə, Sİ vasitəsilə vasitəsilə hazırlanan materiallar o qədər qorxuludur ki, təkcə hansısa nüfuzlu şəxsin qaralanması deyil, həm də konkret bir ölkədə siyasi böhran yarada bilər.

“Deepfake” videoların, xüsusilə, dövlət rəsmilərinin, yüksək vəzifəli hərbçilərin və ya maliyyə sektorunda çalışan şəxslərin adından yayıldıqda həqiqətən cəmiyyətdə ciddi təlatüm üçün səbəb olması mümündür”. pizza mizza

Bunu "Yeni Sabah"a “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov deyib.

Onun sözlərinə görə, belə videoların yaratdığı təhlükə təkcə görüntünün real görünməsindən asılı deyil:

"Bunun nə dərəcədə təhlükəli olacağı videonun keyfiyyətindən daha çox rəsmi qurumların nə qədər operativ şəkildə təkzib yaymasından və cəmiyyətin rəqəmsal media savadlılığı səviyyəsindən asılıdır”.

Elvin Abbasov bildirib ki, bu gün mütəxəssislər Sİ ilə hazırlanmış səs və videoları müəyyən etmək üçün müxtəlif texniki analiz metodlarından istifadə edirlər:

“Onlar video materialları kadrbəkadr araşdırılır. Bu zaman piksel anomaliyaları, işıq və kölgə uyğunsuzluqları, qeyri-təbii göz qırpma tezliyi, üz konturlarındakı matlaşmalar və digər vizual qüsurlar xüsusi alqoritmlərlə yoxlanılır.

Səs yazılarının təhlili zamanı isə spektroqram analizindən istifadə olunur. Bu analiz vasitəsilə təbii nəfəs intervalları, səs tezliklərindəki qeyri-adi hamarlıq, fon səslərindəki kəsilmələr, eləcə də faylın metadata məlumatları araşdırılır və süni intellekt alqoritmlərinin buraxdığı rəqəmsal izlər müəyyən edilir”.

E.Abbasovun fikrincə, süni intellekt texnologiyaları inkişaf etdikcə “deepfake” məzmunun aşkarlanması da daha mürəkkəb hala gələcək:

“Buna görə də həm dövlət qurumlarının operativ reaksiyası, həm də vətəndaşların media savadlılığının artırılması informasiya təhlükəsizliyi baxımından əsas amillərdən biridir”.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!