Britaniya kralı III Çarlz vəd edib ki, onun tacqoyma mərasimi Kraliça II Elizabetin mərasimindən daha ucuz başa gələcək.
Yenisabah.az "The Daily Mirror"a istinadla xəbər verir ki, bunu kral sarayındakı məlumatlı mənbələr bildirib.
1953-cü ildə II Elizabetin tacqoyma mərasimi 1,57 milyon funt-sterlinqə başa gəlib ki, bu da indiki 46 milyon funta bərabərdir. Toyuqlu pizza
"Kral müasir britaniyalıların üzləşdiyi çətinlikləri yaxşı bilir, ona görə də onun arzusunun həyata keçəcəyini gözləyir - tacqoyma mərasimi ənənələrə uyğun keçirilməli, həm də müasir reallıqlara uyğun olmalıdır", - deyə mənbə vurğulayıb.
Onun sözlərinə görə, yeni mərasimə dəvət olunan qonaqların sayı azala bilər.
III Çarlzın tacqoyma mərasimi üçün hələ heç bir tarix müəyyən edilməsə də, 73 yaşlı kral bu tədbirdən müasir monarxiya ilə bağlı vizyonunu təqdim etmək üçün istifadə etməyi planlaşdırır.
Telegram kanalımız