İki avtomobil nəhəngi Rusiya bazarına QAYIDIR

saytların hazırlanması

Evə çatdırılma

İki avtomobil nəhəngi Rusiya bazarına QAYIDIR

Avto

30 Avqust 2026 12:36 110


"Kia" və "Hyundai" Rusiya avtomobil bazarına ilk qayıdan şirkətlər ola bilər.

Modern.az xəbər verir ki, bu barədə “Avtostat”ın direktoru Sergey Tselikov TASS-a müsahibəsində bildirib.

O qeyd edib ki, geosiyasi vəziyyət normallaşacağı və sanksiyalar yumşaldılacağı təqdirdə "Kia" və "Hyundai" Rusiya avtomobil bazarına ilk qayıdan şirkətlər arasında ola bilər. pizza sifarişi

Onun sözlərinə görə, bəzi avtomobil istehsalçıları isə ümumiyyətlə Rusiya bazarına qayıtmaya bilər. Onların arasında "Renault" və "Nissan" da var. Tselikov qeyd edib ki, "Mercedes" və "Volkswagen" də Rusiya bazarından demək olar ki, geri dönməyəcək şəkildə çıxıblar.

Qeyd edək ki, sözügedən avtomobil nəhəngləri Rusiya bazarından tam çıxmasalar da Rusiyadakı istehsal və satış fəaliyyətlərini faktiki olaraq 2022-ci ildən dayandırıblar. "Hyundai" 2022-ci ilin martında Rusiyadakı istehsalını dayandırıb,. 2023-cü ilin dekabrında isə Sankt-Peterburqdakı zavodunu Rusiyanın Art-Finance şirkətinə satıb.

"Kia" isə 2022-ci ildən Rusiyadakı fəaliyyətini və istehsalını dayandırıb. Onun da Sankt-Peterburqdakı zavodu sonradan satılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!