Artıq dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb. Ötən il keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərdən 605 nəfəri müvafiq keçid balını toplaya bilməyib.
Qaydalara uyğun olaraq, təkrar imtahandan keçməyən müəllimlərin əmək müqaviləsinə xitam veriləcək. Bəziləri isə bu imtahanların keçirilməsinə etiraz edir.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı, tanınmış təhsil eksperti Etibar Əliyev bildirib ki, ölkəyə yeni sistem 15 ildir gətirilib və müəllimlər ötən illər ərzində kurikulumla işləməyi öyrənməli idilər: Sezar pizza
"İndiyədək müəllimlərin bilik və bacarıqlarının yoxlanılması mərhələləri: 1994-2014 - Attestasiya 2014-2019 - diaqnostik qiymətləndirmə 2022- davam edir - sertifikasiya
Sertifikasiya imtahanlarına hazırlıqlarla bağlı xeyli işlər görüldü. Bu proses olmalı idi. Lakin sertifikasiyadan keçməyən ibtidai sinif müəllimlərinin sayının çox olması düşündürücüdür.
Müəllimlərin bilik və bacarıqları Azərbaycan təhsilinin simasıdır. Azərbaycan təhsil sisteminə yeni kurikulumlar 2008-ci ildə gətirilib. Müəllim 15 il ərzində bu vacib sənədlə işləyə bilmirsə, bu, çox pis haldır. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda yazılır: Təhsil proqramı (kurikulum) dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir.
Müəllimin kurikulumla bağlı problemi olmamalıdr. Məzmunu və mənimsəmə qaydalarını bilməlidir. Düşüncəmə görə, iki dəfə imtahan verib sertifikasiyadan keçməyənlər yaxşı müəllim ola bilməzlər. Kəsilən müəllimlərə xeyli vaxt verilib hazırlaşmaq üçün. Deməli, müəllim abituriyentdən fərqli olaraq hazırlaşa da bilmir.
İkinci mühüm məsələ: Azərbaycan müəlliminin testlə şagirdlərin biliklərinin yoxanılması prosesi məzmun üzərində düşünməkdən məhrum edib. İndi fərqli testlərdən müəllim kəsilir. Birölçülü sistemdə müəllimlərdə xətti təfəkkür formalaşıb. Müasir dövrün müəllimi qeyri-xətti və tənqidi təfəkkürə malik olmalıdır. Onun təhsil standartlarından kənara çıxmayan fərdi tədris proqramı olmalıdır.
İndiyə qədər müəllimlərə keçirilən təlimlərə milyonlarla manat vəsait xərclənilib. Müəllimlər qrant layihələrində iştirak edirlər. Bir məktəbdə göstərsinlər ki icra edilən layihə praktik olaraq tətbiq olunub. Bəs nəticə hanı?
Bakı Şəhəri üzrə Təhsil idarəsi yalnız inzibati məsələlərlə məşğul olur. Başqa işlərlə məşğul ola da bilməzlər çünki pedaqoq deyillər, ixtisasları məktəbə uyğun gəlmir. Metodkabinet sistemi öldürülüb. Müəllimlərin təkmilləşdirilməsi sistemi artıq yoxdur. Müəllimlər biliyin qiymətləndirilməsinin birölçülü sisteminin tələsinə düşdülər. İndi düşünmək üçün xeyli vaxtları olacaq".
Əsmətxanım Rzazadə
Telegram kanalımız