İki gündə 97 cinayət -   Dəhşətə gətirən rəqəmlər...

saytların hazırlanması

Evə çatdırılma

İki gündə 97 cinayət - Dəhşətə gətirən rəqəmlər...

Kriminal

31 Avqust 2026 10:27 83


Avqustun 29-da və 30-da Azərbaycanda polis əməkdaşları tərəfindən 97 cinayət hadisəsinin açılması təmin edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, həmin günlərdə əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin də açılması təmin olunub. Marqarita pizza

Axtarışda olduğuna görə ümumilikdə 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 46-sı borclu şəxs qismində axtarışda olub.

Bundan başqa, narkotiklərlə əlaqəli 33 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!