"Dövlət satınalmaları zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü olmasına dair saxta sənədlər hazırladığına, “çətir şirkətlər” yaradaraq dövlət tenderlərində süni yollarla rəqabət yaratdığına və bununla da AQC-nin nüfuzuna ciddi xələl gətirdiyinə görə, “UNİPRİCE” MMC və “KORALL CONSULTİNG” MMC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıralarından xaric edilib".
Bu sözləri Yenisabah.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
Sədr bildirib ki, AQC-nin İdarə Heyəti adıçəkilən şirkətlərin faktiki sahibi Ramil Qasımzadənin əməlindən aidiyyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına şikayət edilməsi barədə qərar qəbul edib. Pepperoni pizza
"Ramil Qasımzadənin “Uniprice” MMC, “Korall Consulting” MMC, “Azprice Group” MMC, “Azvalue” MMC, “Morion” MMC, “Açar” MMC və “Sorğu Ekspert Mərkəzi” MMC-nin sahibi olması və bu şirkətlərdən dövlət tenderləri zamanı süni rəqabət yaratması məqsədilə istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.
“Azprice Group” MMC-nin dövlət satınalması zamanı saxta möhür, imza və şəhadətnamədən istifadə edərək dövlət orqanlarını aldatması, saxta sənədlərdən istifadə faktı, eləcə də Ramil Qasımzadənin fəaliyyətinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq".
Telegram kanalımız