İki vəkilə xəbərdarlıq: Birinin fəaliyyəti müvəqqəti dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

İki vəkilə xəbərdarlıq: Birinin fəaliyyəti müvəqqəti dayandırıldı

Sosial

13 Avqust 2025 21:22 321


Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

İclasda vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. İxtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, habelə icbari təlim proqramını uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Namizəd vəkil etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul edilib. Marqarita pizza

İclas çərçivəsində bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi yardım göstərilməsi və borcların silinməsi, o cümlədən öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə iki vəkilə xəbərdarlıq edilib, bir vəkilə töhmət verilib, bir vəkilə irad tutulub və bir vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari məsələlər müzakirə olunub və zəruri qərarlar qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!