İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik etdi

Siyasət

26 Yanvar 2025 11:42 123


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri xanım Samanta Mostinə təbrik məktubu göndərib.

Yenisabah.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli xanım General-Qubernator. Marqarita pizza

Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, dövlətlərarası münasibətlərərimizin və qarşılıqlı faydalı əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!